шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

UNİVERSİTET

Elanlar

Magistrantların II Respublika elmi konfransının proqramı

Magistrantların II Respublika elmi konfransının proqramı

Elan

Elan

Məlumat üçün bildiririk ki, 13.02.2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Türkiyə Respublikasının İstanbul Kültür Universiteti (İKÜ) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən ADPU ilə İKÜ arasında mübadilə imkanları əldə edilib.

Mübadilə üçün müraciət yalnız Riyaziyyat və informatika, Fizika və texnologiya, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Filologiya (İngilis dili) fakültələri və Sabah qrupları üzrə aparılır.

Mübadilədə yalnız ingilis və türk dili biliyi olan namizədlər iştirak edə bilər. Proqram və mübadilə barədə məlumat üçün namizədlərdən beynəlxalq əlaqələr şöbəsinə müraciət etməkləri xahiş olunur. (Əlaqə tel: 012 493 48 16, e-mail:        Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının keçirəcəyi tədbirlər:

Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının keçirəcəyi tədbirlər:

Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının keçirəcəyi tədbirlər:

  1. 29.04.2019-3.05.2019-cu il tarixlərində universitetimizin tələbələrinin fakültələrarası şahmat və voleybol yarışları;
  2. 7.05.2019-cu ildə geniş konsert proqramı- Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsi;
  3. Mayın 4-5-də respublikamızın rayonlarına (Quba, Qəbələ, Şamaxı) gəzintilərin təşkili;
  4. YAP-ın Mərkəzi Aparatının ağacəkmə kampaniyasında fəal iştirak etmək;
  5. Cocuq Mərcanlı kənd tam orta məktəbinə təkrar olaraq sinifdənxaric oxu üçün bədii kitablar hədiyə etmək.

Professor Himalay Qasımov,

YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri

Əlaqə telefonu:  493-27-57

ADPU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sürətli şahmat turniri keçiriləcək

ADPU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sürətli şahmat turniri keçiriləcək

ADPU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sürətli şahmat turniri keçiriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri arasında “Şahmatın inkişafı və təbliği” layihəsi çərçivəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan sürətli şahmat turniri keçiriləcək. Məlumat üçün bildirək ki, turnirdə iştirak etmək üçün qeydiyyatın başlanma tarixi 10 aprel 2019-cu il, bitmə tarixi isə 25 aprel 2019-cu ildir.  

Layihənin rəhbəri Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirovadır.

Qeydiyyat üçün əlaqə nömrəsi:  050 472-52-53

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

ADPU tələbələri üçün Könüllü Fəaliyyət Proqramı üzrə sənəd qəbulu elan edir.

ADPU tələbələri üçün Könüllü Fəaliyyət Proqramı üzrə sənəd qəbulu elan edir.

         ADPU-nun Davamlı təhsil və təlim şöbəsi ADPU tələbələri üçün Könüllü Fəaliyyət Proqramı üzrə sənəd qəbulu elan edir.

         Namizədə verilən əsas tələblər:

  1. Xarici dil biliyi (xüsusilə rus və ingilis dili);
  2. Kompüter bacarığı;
  3. Təşkilatçılıq bacarığı.

         Seçim 2 mərhələ üzrə baş tutacaq:

  1. Sənəd qəbulu;
  2. Müsahibə.

Hər iki mərhələdən uğurla keçən namizədlər rəsmi olaraq Könüllü Fəaliyyət Proqramına daxil olacaqlar. Proqramın 3 ay müddətində davam etməsi nəzərdə tutulmuşdur. Proqramın sonunda könüllülərə Könüllü Fəaliyyətlə bağlı sertifikat təqdim ediləcəkdir.

Sənəd qəbulu üçün son qeydiyyat tarixi:26.04.2019

 Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası Davamlı təhsil və təlim şöbəsi (otaq 710)     

Telefon: (+99412) 465-29-76

E-mail:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İnstagram adresi: adpu_dtt

Avrasiya patent universiadası “Gələcəyə baxış”

Avrasiya patent universiadası “Gələcəyə baxış”

“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA SƏNƏD QƏBULU

“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA SƏNƏD QƏBULU

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA

SƏNƏD QƏBULU ELAN EDİR

 “Pedaqoji kadrların bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən sertifikat proqramının təşkilində məqsəd kredit sistemi ilə təhsil alan tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilər hazırlamaqdır.

“Tyutor hazırlığı” kursu aşağıdakı tədris modullarından ibarətdir:

- təhsil qanunvericiliyinin ətraflı araşdırılması və tədris prosesinə tətbiqi;

- tədris sənədlərinin tərtibi qaydaları;

- tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri;

- texniki bacarıqların artırılması;

- ingilis dili səviyyəsinin yüksəldilməsi.

“Tyutor hazırlığı” kursu 29 aprel 2019-cu il tarixdən başlayaraq ödənişli əsaslarla 2 ay müddətinə təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara topladıqları bala uyğun sertifikatlar təqdim olunacaq.    

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti;   
  • İş yerindən arayış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər 26 aprel 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

 Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası Davamlı təhsil və təlim şöbəsi (otaq 710)      

Telefon: (+99412) 465-29-76

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.      

Magistrantların II Respublika elmi konfransı

Magistrantların II Respublika elmi konfransı

 

“ELM GÜNÜ”nə həsr olunmuş

“YENİ TEXNOLOGİYALAR VƏ TƏDRİS PROSESİNİN İDARƏ  OLUNMASI” Magistrantların II Respublika elmi konfransı

18-19 aprel, 2019 

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

  Konfransın bölmələri

  • İnnovasiyalar və təhsilin keyfiyyəti
  • Təhsilin təşkili və idarə edilməsi
  • Müasir təhsilin psixoloji-sosial problemləri

   Tezislərin tərtib olunma qaydaları

  • Tezislərin mətni konfransın müvafiq bölmələrinin mövzularına uyğun olmalıdır.
  • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın)

şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılmalıdır.

  • Məruzə mətninin formatı yuxarı, aşağı, soldan 2,5 sm, sagdan 1,5 sm olmaqla 3

səhifəyə qədər olmalıdır.

  • Mətnin əvvəlində tezisin adı, müəllifin soyadı, adı və atasının adı, təmsil olunduğu  müəssisənin adı, uyğun bölmənin  adı, elektron poçt ünvanı qeyd edilməlidir.

 

Tezislər elmi rəhbərin rəyi (təsdiq olunmuş) ilə birlikdə ADPU-nun Magistratura və doktorantura şöbəsinə və  aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Məruzə tezislərinin göndərilməsi üçün son tarix:      11 aprel 2019-cu il

Ünvan:    Azərbaycan, Bakı AZ-1110,  akad. H.Əliyev, 104   

                 Azərbaycan Dövlət Pedaqoji Universiteti, II tədris binası    

Əlaqə telefonu:   (+99412) 465-81-53, 493-05-85                                        

http: // www.adpu.edu.az

                  Təşkilat Komitəsi

ADPU kafedralarda boş olan müəllim vəzifələrini tutmaq müsabiqə elan edir
“Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi

“Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi

II ali təhsil və YH

II ali təhsil və YH

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

təkrar ali təhsil almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani);

- 050102 Biologiya müəllimliyi (əyani);

- 050103 Coğrafiya müəllimliyi (əyani);

- 050105 Fizika müəllimliyi (əyani);

- 050107 İbtidai sinif müəllimliyi (əyani);

- 050108 İnformatika müəllimliyi (əyani);

- 050109 Kimya müəllimliyi (əyani);

- 050111 Korreksiyaedici təlim (əyani);

- 050112 Məktəbəqədər təhsil (əyani).

- 050114 Riyaziyyat müəllimliyi (əyani);

- 050116 Tarix müəllimliyi (əyani);

- 050118 Təhsildə sosial-psixoloji xidmət (əyani).

         

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);
  • ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə) (3 nüsxə);
  • əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış.

Sənədlər 20 iyul 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Məzunlara təhsil aldıqları ixtisaslar üzrə vahid formalı dövlət sənədi - diplom verilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və təlim” şöbəsi (otaq 710)     

Telefon:  (+99412) 465-29-76                             

 

REKTORLUQ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani);

- 050102 Biologiya müəllimliyi (əyani);

- 050103 Coğrafiya müəllimliyi (əyani);

- 050105 Fizika müəllimliyi (əyani);

- 050107 İbtidai sinif müəllimliyi (əyani);

- 050108 İnformatika müəllimliyi (əyani);

- 050109 Kimya müəllimliyi (əyani);

- 050111 Korreksiyaedici təlim (əyani);

- 050112 Məktəbəqədər təhsil (əyani).

- 050114 Riyaziyyat müəllimliyi (əyani);

- 050116 Tarix müəllimliyi (əyani);

- 050118 Təhsildə sosial-psixoloji xidmət (əyani).

         

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);
  • ali təhsil haqqında sənədin (diplomun) və diploma əlavənin surəti (3 nüsxə);
  • əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış.

Sənədlər 20 iyul 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası Davamlı təhsil və təlim şöbəsi (otaq 710)      

Telefon:  (+99412) 465-29-76                             

 REKTORLUQ

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

 Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş

 “MÜASİR DİLÇİLİYİN AKTUAL PROBLEMLƏRİ”

Beynəlxalq elmi konfransı

 6-7 iyun 2019-cu il

 KONFRANSIN ELMİ BÖLMƏLƏRI:

 Ümumi dilçilik

  • Türkoloji dilçilik
  • Onomalogiya
  • Praktik dilçilik /Azərbaycan ədəbi dili (müasir Azərbaycan Əlifbası)

 KONFRANSDA  İŞTİRAK  ŞƏRTLƏRİ:

Konfransda iştirak etmək istəyən mütəxəssislər elmi məruzələrin tezislərini  (1-2 səh.) 1 may 2019-cu il tarixə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər. Məqalələr Microsoft Word proqramında, Times New Roman şrifti ilə, 12 pt, 1,0 sətirarası intervalla yazılmalıdır. Səhifə ölçüləri: hər tərəfdən 2 sm olmalıdır.  Başlıqlar ortada qara və böyük hərflərlə göstərilməlidir. İstinadlar mətn içərisində kvadrat mötərizədə göstərilməklə məqalənin sonunda əlifba ardıcıllığı ilə nömrələnməlidir. Materiallar konfransın Təşkilat Komitəsinin rəyi əsasında çap olunur. 

 KONFRANSIN İŞÇİ DİLLƏRİ: Azərbaycan, ingilis, rus

Ünvan: Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti

Bakı, AZ 1000, Ü.Hacıbəyli küçəsi, 68.

 

Əlaqə telefonu: (+99412) 493-05-85; 493-52-86

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

http://   www.adpu.edu.az

 Təşkilat Komitəsi

 MÜRACİƏT FORMASI

 

I Beynəlxalq Cümhuriyyət Konqresi

I Beynəlxalq Cümhuriyyət Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

I Beynəlxalq Cümhuriyyət Konqresi

 İştirak etmək istəyənlərin nəzərinə!

19-21 aprel 2019-cu il tarixlərdə Türkiyənin Sivas şəhərində I Beynəlxalq Cümhuriyyət Konqresi  keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial elmlər
  • Tibb elmləri
  • Arxeologiya
  • Texniki elmlər
  • Riyaziyyat
  • Mühəndislik
  • Təsviri incəsənət
  • İdman
  • Təhsil elmləri
  • Kənd təsərrüfatı
  • Baytarlıq

Konqresə təqdim olunacaq məqalələr türk, rus, ingilis, qazax, ərəb və fars dillərində yazıla bilər.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.cumhuriyetkongresi.org/ veb-saytından əldə etmək mümkündür.

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

 Elmi işçilərin və tədqiqatçıların nəzərinə!

14-16 iyun 2019-cu il tarixlərdə İtaliyanın Roma şəhərində X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial və bəşəri elmlər
  • Texniki fənlər (fizika, kimya, biologiya)
  • Tibb elmləri
  • Baytarlıq
  • Kənd təsərrüfatı
  • Riyaziyyat
  • Mühəndislik
  • İdman
  • Təsviri incəsənət

Konqresə təqdim olunacaq məqalələr 10 may 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.eucongress.org/?lang=tr keçidindən əldə etmək mümkündür.

V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi

V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi

İştirak etmək istəyənlərin nəzərinə!

27-29 iyun 2019-cu il tarixlərdə Yıldız Teknik Universiteti tərəfindən V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi keçiriləcəkdir. Builki konqresin əsas mövzusu “XXI əsrin bacarıqları”na həsr olunub. 

Konqres üçün məqalələrin son göndərilmə tarixi 10 may 2019-cu il, iştirak haqqını ödəmək üçün son tarix 20 may 2019-cu il müəyyənləşdirilib.

Konqresin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları www.turkcess.net veb saytından əldə etmək mümkündür.