Previous Next

Bartın Universitetinin müəllimi ADPU-da olub

Aprelin 24-də Türkiyənin Bartın Universitetinin müəllimi Ayşenur Nazik Fayız Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonağı qəbul edib. Görüşdə, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Rufanə Əhmədova da iştirak ediblər. 
Rektor qonağı salamlayaraq universitet haqqında məlumat verib. ADPU-nun xarici universitetlər, xüsusilə də Türkiyə universitetləri ilə əlaqələrindən bəhs edən rektor əsas məqsədin bu əlaqələri daha da genişləndirmək olduğunu vurğulayıb.
Prof. Cəfər Cəfərov universitetin stratergiyasının əsas istiqamətlərindən birinin hər kafedrada Türkiyə universitetlərindən dəvət olunmuş ən az bir müəllimin fəaliyyət göstərməsi olduğunu qeyd edib. 
Görüşün yekununda rektor qonaq müəllimə hədiyyə təqdim edib, daha sonra isə qonaq ADPU-nun tədris binası, eləcə də kitabxana və Heydər Əliyev muzeyi ilə tanış olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search