Previous Next

ADPU-da “Peşəkar ol! – Necə?” layihəsinə start verilib

Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Enactus komandası haqqında infosessiya keçirilib. 
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU Enactus komandasının prezidenti Şahin Məmmədli komandanın fəaliyyəti və qazandığı uğurlarından danışıb. 
Daha sonra çıxış edən “Enactus Azərbaycan”ın prezidenti Rəşad Zeynalov qeyd edib ki, Enactus dünya miqyasında məşhur biznes və sahibkarlıq layihəsidir. Eləcə də bu layihədə Azərbaycan universitetləri də bir neçə ildir ki, aktiv iştirak edirlər.
Tədbir “Peşəkar ol! – Necə?” layihəsinin rəhbəri və moderatoru Raman İsmayılovun layihə barədə təqdimatı ilə davam edib. Qeyd olunub ki, layihə çərçivəsində ölkənin məşhur təlimçiləri – Rövşən Abdullaoğlu, Orxan Şahbaz, Nəcəf Allahverdiyev, Cəlalə Nəzəroğlu, Təbriz Hacınski və Elxan Sultanlının müxtəlif mövzularda təlimləri keçiriləcək. Təlimlər çərçivəsində Enactus komandasının formalaşdırılması prosesi davam edəcək və milli yarışda Pedaqoji Universiteti təmsil edəcək şəxslər müəyyən ediləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search