шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

UNİVERSİTET

Comp 33

Elanlar

Filiallar üzrə qəbula məsul şəxslər və əlaqə vasitələri
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ DAVAMLI TƏHSİL VƏ İNNOVASİYALAR ŞÖBƏSİ

WhatsApp Image 2020 09 20 at 20.44.42

“DİSTANT TƏHSİL VƏ ELEKTRON PLATFORMALARDAN, RESURSLARDAN İSTİFADƏ İMKANLARI”

təliminə qəbul elan edir

Təlimin əsas istiqamətləri:

 

  • Distant təhsil, onun prinsipləri, təşkili qaydaları və növləri
  • Distant təhsildə əlaqələrin qurulmasında istifadə olunan elektron, telekommunikasiya, proqram-texniki vasitələr və s.
  • ZOOM platformasından zəruri istifadə imkanları. Microsoft Teams proqramının yüklənməsi, müəllim və tələbələr üçün onlayn dərslərin, iclasların təşkili
  • Microsoft Teams proqramında qrupların və kanalların yaradılması, təqdimatların nümayişinin təşkili
  • Audio və video görüşlərin təşkili, dərslərin videoqeydiyyatı və ondan istifadə, korporativ e-mail ünvanı olmayan şəxslərin onlayn dərsə və ya iclasa dəvət olunması
  • Microsoft Teams platformasına Quiz (Test) tapşırığının yaradılması, verilməsi və qiymətləndirilməsi imkanları

 

18 saatlıq onlayn təlim 25 – 27 sentyabr 2020-ci il tarixlərdə ödənişli əsaslarla təşkil olunur.

Təlimin sonunda onlayn test imtahanından uğurla keçə bilən iştirakçılara sertifikat təqdim olunur.

Təlimçilər:       Dilguşə Süleymanova                  Natəvan Həsənova

 

Təlimin vaxtı:  17:00-20:00

WhatsApp(+99450) 210-42-74

İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI" təlimi - 30.09-04.10.2020

WhatsApp Image 2020 09 20 at 20.44.10

“İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI”

təliminə qəbul elan edir

Təlimin əsas istiqamətləri:

 

  • İnsan hüquqlarına əsaslanan inklüziv təhsil. Əlilliyin sosial modeli
  • İnklüziv sinif təcrübəsinin yaradılması: uşaqyönümlü pedaqoqika
  • İnklüziv siniflərdə müxtəlif təlim üsulları
  • Təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması. Bədən dili
  • İnklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər
  • İnklüziv siniflərdə qiymətləndirmə metodları

 

36 saatlıq onlayn (ZOOM proqramı vasitəsilə) təlim 30 sentyabr – 04 oktyabr 2020-ci il tarixlərdə ödənişli əsaslarla təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Təlimçi:        Gülşən Eminova

Təlimin vaxtı:  17:00-21:00

 

Qeydiyyat üçün link: 

https://docs.google.com/forms/d/e/

1FAIpQLScChFyKHGQqzAvupKKhYwcmM3OD

qbpeMLESOiPRVY-_I6j7IQ/viewform?fbclid=Iw

AR17MIlZI0Gcj-eND9TVCaawky8u_tBQRDg58aeSI8eXu0l5TVhcRB6fILo

 

WhatsApp(+99450) 210-42-74

Xüsusi karantin rejimi-təlim-tərbiyə prosesinin təskili
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
TN-nin distant təhsillə bağli təlimati
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ DAVAMLI TƏHSİL VƏ İNNOVASİYALAR ŞÖBƏSİ

WhatsApp Image 2020 09 15 at 22.05.44“ALİ TƏHSİLDƏ “AKADEMİK YAZI” BACARIQLARININ ÖYRƏDİLMƏSİ”

TƏLİM PROQRAMINA QƏBUL ELAN EDİR

 

Təlimin məzmunu:

  • Akademik yazının xüsusiyyətləri, strukturu, növləri
  • Mövzu seçimi və ədəbiyyatın, məlumatların təhlili
  • Tədqiqatın aparılması strategiyası və metodologiyası
  • Ədəbiyyat axtarışı və təşkili
  • Tədqiqat işinin yazılmasında veb resurslardan düzgün istifadə qaydaları

7–11 oktyabr 2020-ci il tarixlərdə ödənişli əsaslarla keçiriləcək 30 saatlıq onlayn təlim ZOOM proqramı vasitəsilə təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Təlimlərdə iştirak edən ADPU, filial və ADPK nümayəndələrinə, eləcə də, eyni müəssisədən iştirakçıların sayı on nəfərdən çox olduqda ödənişə 15% güzəşt nəzərdə tutulur.

 

Təlimçi:   Fəridə Hüseynova

                ADPU, ped.ü.f.d., beynəlxalq dərəcəli təlimçi

 

Saat:         17:00-20:00

        WhatsApp: (+994 50) 210-42-74

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ
2020-2021-ci tədris ilində Azərbayacan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsinə qəbul olunmuşlar aşağıdakı sənədləri təqdim etməldir:

WhatsApp Image 2020 09 02 at 23.43.12 11.Bakalavr  diplomunun  notarial  qaydada  təsdiqi-1  nüsxə;

2.Diploma  əlavənin  (qiymət  vərəqəsi)  notarial  qaydada  təsdiqi-   1  nüsxə;

3.2019-2020-ci  tədris  ilinin  məzunlari  ali  təhsil  müəssisələrini  bitirmələrı  barədə  arayış;

  1. 4. Foto-şəkil-3x4 ölçüdə - 1 ədəd
  2. 5. Şəxsiyyət vəsiqəsinin surəti (notarial  qaydada  təsdiqə  ehtiyac yoxdu)-6 nüsxə;
  3. 6. Ödənişli əsasarla qəbul  olunanlar təhsil haqqının  ödənilməsi  barədə qəbz (əsli  şəxsin  özündə  saxlanılır)- 1  nüsxə   (Təhsil  haqqını  yalnız Kapital  bank  vasitəsilə  ADPU-nun  hesabına ödəmək  lazımdır );

7.İş  nömrəsi;

8.Şəxsi  kabinetin nömrəsi (FİN).

9.Magistraturada keçəcəyiniz xarici dil (ingilis dili, fransız dil və alman dili)

10.Əlaqə telefonu.

 Qeyd: Ödənişli  əsaslarla  qəbul  olunmuş, lakin    təhsil  xərcləri dövlət  büdcəsi  hesabına ödənilməsinə  uyğun olan şəxslər əlavə  olaraq özünə  aid  göstərilən  sənədləri  də  təqdim  etməlidir.

  1. 1. “MƏCBURI KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLARI.

Dövlət Ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərəncamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

  1. 2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  2. 3. ”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

2.”ŞƏHID” AILƏSI STATUSUNU ALMIŞ AILƏNIN ÜZVÜ.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹  697.

  • “Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
  • arvadı (əri);
  • valideynləri;
  • 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
  • qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
  • babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
  • əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

  1. 2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  2. 3. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  3. 4. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti -2ədəd
  4. 5. Şəhidin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -1ədəd

-------------------------------------------------------------------------------------------------------------------------------------------------  

  1. 3. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏQILLIYININ VƏ KONSTITUSIYA QURULUŞUNUN MÜDAFIƏSI ZAMANIƏLIL OLMUŞVƏ AZƏRBAYCAN RESPUBLIKASININ AZADLIĞI, SUVERENLIYI VƏ ƏRAZI BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBI ƏMƏLIYYATLA ƏLAQƏDAR ITKIN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFINDƏN ÖLMÜŞ ELAN EDILƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSIL XƏRCLƏRININ ÖDƏNILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 18 MART 2014-cü IL TARIXLI 347 NÖMRƏLI SƏRƏNCAMI.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

  1. 2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
  2. 3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanıəlil olmuşvətəndaşın əlilliyi barədə (TSEK –in arayışı) sənədin surəti -2 ədəd
  3. 4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
  4. 5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənşəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

  1. 4. VALIDEYNLƏRINI ITIRMIŞ VƏ VALIDEYN HIMAYƏSINDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.

 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli ¹ 693-İQ Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;

valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:

məlum olmayan;

valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;

qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni I və II dərəcə əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

  1. 2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
  2. 3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd
  3. 4. Bir valideyni vəfat etmiş digər valideynin I və II dərəcə əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK) - 2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

  1. 5. I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRIN, HABELƏ SAĞLAMLIQ IMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSIL HAQQI XƏRCLƏRININ ÖDƏNILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 3 MAY 2019-cu IL TARIXLI SƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinidə bakalavr və magistratura (əsas(baza ali tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyası magistratura səviyyəsində və orta ixtisas təhsilli müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər

1.Rektorun adına ərizə

  1. 2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
  2. 3. I və II dərəcə əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK) -2 ədəd.

Qeydiyyat   2020-ci il 04-09 sentiyabr tarixlərində onlayn  formasında aparılır.

Tələb  olunan  sənədləri  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına  göndərmək  lazımdır.

ADPU-nun  Magistratura  və  doktarantura  şöbəsi