ADPU Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsini elan edir

Müsabiqə 2023-cü təqvim ili ərzində fəal, səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş perspektivli gənc müəllimlərin müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir.

Müsabiqədə qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə

I yer –    350 manat

II yer –   250 manat

III yer –  150  manat

Riyaziyyat və təbiət elmləri üzrə

I yer –    350 manat

II yer –   250 manat

III yer –  150  manat

Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi şurasının nəzdindəki Elm komissiyası tərəfindən aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:

  • Çap olunmuş elmi əsərlər (elmi məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və s.);
  • Dissertasiya işinin müdafiəsi (avtoreferat və ya diplomun surəti);
  • 2023-cü ildə topladığı reytinq balı (Keyfiyyətin təminatı şöbəsi tərəfindən təsdiqlənmiş arayış əsasında);
  • Elmin populyarlaşdırılması istiqamətində fəaliyyət, müxtəlif yığıncaqlarda, konfrans və dəyirmi masalarda, ictimaiyyətlə görüşlərdə çıxışlar, TV, radio, KİV-lərdə müsahibələr, məqalələr (iştirakı təsdiqləyən material və ya link göstərilməklə)
  • Beynəlxalq və Respublika elmi konfranslarında iştirakı;
  • Nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr;
  • ADPU-nun ictimai həyatında fəallığı, təlimlərdə iştirakı, elmi-təşkilati və pedaqoji fəaliyyəti;
  • Digər uğurlar.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər 30 aprel 2024-cü ilə qədər ADPU-nun Elmi-təşkilati şöbəsinin Elmi nəşrlər bölməsinin baş mütəxəssisi Vəfa Əhmədovaya təqdim edilməlidir (Bakı şəhəri, Ü.Hacıbəyli 68, otaq 221).

Müsabiqədə ADPU və onun filiallarında elmi və elmi-pedaqoji fəaliyyət göstərən yaşı 40-a qədər olan  şəxslər iştirak edə bilərlər.

Əlavə məlumat: +99412 493-49-51

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektorluğu

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search