Previous Next

Tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

Noyabrın 20-də ADPU-nun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dərsləri”nin növbəti  məşğələsi keçirilib. Bu dəfə universitetin Tarix və coğrafiya fakültəsinin 2 fərqli ixtisasının – “Tarix müəllimliyi” ixtisasının TAR2306B və “Sosial iş” ixtisasının  SOİ2301B qruplarının tələbələri mərkəzə ekskursiyaya yollanıblar. 
    İlk öncə onlar milli tariximizin 1969-2003-cü illəri əhatə edən tərəqqi və inkişaf dövrü - “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirəni dinləyib, daha sonra dünyanın məşhur siyasi və dövlət xadimlərinin, tanınmış politoloq və yazıçıların Ulu Öndər haqqında sağlığında və vəfatından sonra söylədikləri fikirlərdən ibarət təqdimatı izləyiblər.
Dərsin növbəti mərhələsində mərkəzdə nümayiş olunan eksponatlarla tanış olan iştirakçılara Heydər Əliyevlə bağlı 400-ə dək foto, arxiv sənədinin surəti, kitab, jurnal, məcmuə və digər əşyalar haqqında geniş məlumat verilib.
H.Əliyevə həsr olunmuş sənədli filmə tamaşa edən tələbələrlə Ümummilli Liderin  həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi və  sual-cavab aparılıb.

ADDRESS

Uzeyir Hajibeyli, 68, Sabail District,Baku, AZ1000

OUR NETWORK

Get to know our colleges and branches

NEWSLETTER

Enter your email and we'll send you more information

Search